📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

QANLI GÖLDƏ EKOLOJİ TƏHLÜKƏ... - Balıqların kütləvi ölümü nə ilə bağlıdır? + VİDEO

2026-09-14 16:11:22

QANLI GÖLDƏ EKOLOJİ TƏHLÜKƏ... - Balıqların kütləvi ölümü nə ilə bağlıdır? + VİDEO

Yasamalda, Yaşayış Kombinatı yaxınlığında yerləşən Qanlı göl adlanan su hövzəsində son günlər balıqların kütləvi şəkildə tələf olması müşahidə edilir.

Hurriyyet.media xəbər verir ki, onlarla ölü balığı dalğalar sahilə atır. Bu isə ətrafda yaşayan insanları narahat edir.

Ekspert Rövşən Abbasov Baku TV-yə danışarkən bildirib ki, balıqların kütləvi ölümü başlıca olaraq zəhərlənmə və ya oksigen çatışmazlığı səbəbindən baş verir: "Oksigen çatışmazlığı o zaman yaranır ki, yaxınlıqdakı ərazilərdən çirkab suları gölə axıdılsın. Bu zaman oksigeni istehlak edən bakteriyaların sayı artır. Bu isə əlbəttə ki, göldə oksigen səviyyəsinin kəskin aşağı düşməsinə və balıqların boğularaq kütləvi şəkildə tələf olmasına səbəb olur".