📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putin Trampı 9 May paradına dəvət etmədi

2026-04-30 17:55:10

Putin Trampı 9 May paradına dəvət etmədi

Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampı 9 May Qələbə Günü Paradına dəvət etməyib.

Modern.az xəbər verir ki, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, tədbirdə Slovakiyanın Baş naziri Robert Fiko və digər xarici qonaqlar iştirak edəcək. Lakin Uşakov parada dəqiq kimlərin qatılacağını açıqlamayıb.

Kreml dəvət olunmuş xarici liderlərin tam siyahısını daha sonra açıqlayacağına söz verib.