Putin: "Rusiyaya endirilən heç bir zərbə Ukrayna ordusuna kömək etməyəcək!"
2026-06-13 20:09:48
"Rusiya qoşunları strateji üstünlüyü qoruyub saxlayır və Ukrayna Silahlı Qüvvələrinin (VSU) heç bir zərbəsi bu vəziyyəti dəyişdirməyəcək".
Hurriyyet.info TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Donbas və "Novorossiya"nın inkişafı ilə bağlı təşkil olunmuş iclasda bildirib.
Rusiya dövlət başçısı son günlər artan PUA hücumlarına da işarə vurub: "Qoşunlarımız inamla irəliləyərək strateji üstünlüyü qoruyub saxlayır və heç bir atəş və ya pilotsuz təyyarə hücumu bu vəziyyəti dəyişdirməyəcək!".
O əlavə edib ki, Rusiya qoşunları xüsusi hərbi əməliyyat zonası üzrə (SVO-Rusiyanın Ukraynada başlatdığı müharibəyə verdiyi ad-red.) bütün istiqamətlərdə irəliləyir.