📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putin istintaq təcridxanasında olan Robert Köçəryana teleqram göndərdi

2026-08-31 14:33:21

Putin istintaq təcridxanasında olan Robert Köçəryana teleqram göndərdi

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın həbsdə olan ikinci prezidenti Robert Koçaryana doğum günü münasibətilə təbrik teleqramı ünvanlayıb.

Hurriyyet.media  xəbər verir ki, hazırda istintaq təcridxanasında saxlanılan eks-prezidentə ünvanlanan teleqramda Rusiya lideri onun iki ölkə arasındakı münasibətlərə verdiyi töhfəni yüksək qiymətləndirib. 

"Rusiyada ölkələrimiz arasında dostluq və müttəfiqlik əlaqələrinin inkişafına verdiyiniz şəxsi töhfə unudulmur. Sizə səmimi qəlbdən möhkəm cansağlığı, ruh yüksəkliyi və hazırda Sizin, eləcə də ailə üzvlərinizin üzləşdiyi sınaqlar qarşısında dözümlülük arzulayıram", – deyə Putinin təbrik mətnində qeyd olunub.

Xatırladaq ki, avqustun 27-də Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Robert Koçaryan barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Keçmiş dövlət başçısına vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda çirkli pulların yuyulması və rüşvətalma maddələri üzrə rəsmi ittihamlar irəli sürülüb.