📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Prezidentlə xanımı Qırğızıstandadır

2026-08-31 12:47:48

Prezidentlə xanımı Qırğızıstandadır

Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün bu gün Qırğız Respublikasına işgüzar səfərə gedib.

Hurriyyet.media  xəbər verir ki, “Manas” Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Qırğızıstan Nazirlər Kabinetinin sədri - Prezident Administrasiyasının rəhbəri Adılbek Kasımaliyev qarşılayıb.