Prezident İslam İnkişaf Bankının sədrini "Dostluq" ordeni ilə təltif etdi
2026-06-17 18:21:19
İslam İnkişaf Bankı (İsDB) Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir "Dostluq" ordeni ilə təltif edilib.
Hurriyyet.info President.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamla o, bu mükafata Azərbaycan ilə İslam İnkişaf Bankı arasında əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə layiq görülüb.