📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Prezident həmkarına başsağlığı verdi

2026-08-31 11:51:25

Prezident həmkarına başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Şimali Kipr Türk Respublikasının Prezidenti Tufan Erhürmana başsağlığı məktubu ünvanlayıb.

Hurriyyet.media xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Girnə yaxınlığında baş vermiş gəmi qəzası nəticəsində insanların həlak olması barədə xəbər bizi son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”