📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Portuqaliyada itkin düşən azərbaycanlı tapıldı - Yenilənib

2026-07-29 10:13:17

Portuqaliyada itkin düşən azərbaycanlı tapıldı - Yenilənib

Portuqaliyada yaşayan azərbaycanlı gənc itkin düşüb.

Hurriyyet.media  xəbər verir ki, bu barədə onun atası məlumat yayıb.

Bildirilib ki, Portuqaliyada yaşayan və işləyən 1993-cü il təvəllüdlü Azərbaycan vətəndaşı İldırım Mirməmmədovdan bir neçə gündür xəbər yoxdur.

Onun atası Natiq Məmmədov sosial şəbəkədə paylaşım edərək deyib ki, oğlu ilə sonuncu dəfə cümə günü görüntülü zəng vasitəsilə danışıb. Həmin vaxtdan etibarən telefonu sönülüdür və “WhatsApp”ına yazılan mesajlar cavabsızdır.

İ.Mirməmmədovun Setubal şəhəri yaxınlığında və ya Nazare (Nazaré) ərazisində yaşadığı, işlədiyi ehtimal olunur.

Atasının bildirdiyinə görə, oğlu gəmiqayırma və digər sahələrdə biznesi olan moldovalı sahibkarın avtoservisində çalışırmış.

Ailə artıq Portuqaliya polisinə müraciət edib.

***

İldırım Mirməmmədovun atası Natiq Məmmədov saytımıza açıqlamasında bildirib ki, oğlu ilə əlaqə yaratmaq mümkün olub və övladı sağ-salamatdır.