Polşa qırıcılarını havaya qaldırdı: Rusiya aviasiyası...
2026-09-08 12:30:21
Polşa Ukraynada Rusiyanın uzaqmənzilli təyyarə əməliyyatlarına cavab olaraq hərbi təyyarələri havaya qaldırıb.
Musavat.com xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı məlumat yayıb: "Hərbi təyyarələr Polşa hava məkanında fəaliyyətə başlayıb. Yerüstü hava hücumundan müdafiə və radar kəşfiyyat sistemləri hazırlıq vəziyyətinə gətirilib".
Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığının açıqlamasına görə, onların hərəkətləri "profilaktik xarakter daşıyır" və ölkənin Ukrayna ilə sərhədə bitişik bölgələrinin təhlükəsizliyini təmin etməyə yönəlib.
Qeyd edək ki, ötən gecə Rusiya Kiyevə yenidən hava hücumu həyata keçirib, şəhərdə böyük dağıntılar var. Artıq 2 nəfərin həlak olduğu məlumdur.