📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Polis əməliyyat keçirdi - 45 kiloqramdan çox narkotik aşkarlandı

2026-07-25 19:00:40

Polis əməliyyat keçirdi - 45 kiloqramdan çox narkotik aşkarlandı

Azərbaycanda ötən gün polis əməkdaşları tərəfindən 45,3 kiloqram narkotik aşkarlanıb.

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bundan başqa, iyulun 24-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yabanı halda bitmiş 4 ton çəkidə 17782 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib.