📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

2026-06-22 10:43:12

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

İstismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla 22-25 iyun tarixlərində Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv edilməsi prosesi həyata keçiriləcək.

Hurriyyet.info  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - məlumatda qeyd olunub.