Pezeşkiana Hindistanda görün nə HƏDİYYƏ ETDİLƏR
2026-09-12 12:17:13
İran prezidenti Məsud Pezeşkianın Hindistanın dini liderləri, intellektual elitanın nümayəndələri və sahibkarları ilə görüşü zamanı ona dinlərarası hörmət və birliyin rəmzi olan "Hindistan dinləri arasında sevgi şərfi" təqdim olunub.
Hurriyyet.media xəbər verir ki, görüşdə çıxış edən ölkə başçısı İrana qarşı tətbiq edilən təzyiqlərə də toxunub.
"İran xalqı öz insani və dini əqidəsinə söykənərək heç bir təzyiqə boyun əyməyəcək", - deyə İran prezideti bildirib.
O, ölkəsinin müstəqil mövqeyini və milli iradəsini sonadək qoruyacağını vurğulayıb.