📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Pərviz Şahbazov Ağdamda vətəndaşları qəbul edib

2026-06-25 17:26:32

Pərviz Şahbazov Ağdamda vətəndaşları qəbul edib

Bu gün energetika naziri Pərviz Şahbazov Ağdamda vətəndaşları qəbul edib.

Hurriyyet.info  nazirliyə istinadən xəbər verir ki, qəbulda vətəndaşların elektrik şəbəkəsinə qoşulma, kabelləşmə və elektrik verilişi xətlərinin mühafizə zonası, işlə təminat və digər məsələlərə dair müraciətləri dinlənilib.

Qaldırılan məsələlərin mövcud qanunvericiliyə uyğun şəkildə araşdırılması və operativ həlli məqsədilə müvafiq tapşırıqlar verilib.

Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda Bərdə, Ağdam, Tərtər rayonlarından olan vətəndaşlar iştirak edib.