📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paytaxtın bu rayonlarında qaz kəsiləcək

2026-09-04 10:09:49

Paytaxtın bu rayonlarında qaz kəsiləcək

Bakının Xətai və Suraxanı rayonlarının bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.

Hurriyyet.Media xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Xətai rayonunun M. Rüstəmov, Sarayevo, Neapol küçələrinin bir hissəsinin, Suraxanı rayonunun Əmircan qəsəbəsində H. Axundlu küçəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.