Paytaxtda güclü külək 15 ağacı sındırıb - Fotolar
2026-09-07 21:19:43
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.
Birlikdən Hurriyyet.media verilən məlumata görə, sentyabrın 7-si gündüz saatlarından əsən güclü külək nəticəsində 15 ağac sınıb, 20 ağacın budaqları qırılıb.
Sınan ağaclar və qırılan budaqlar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin növbətçi briqadaları tərəfindən operativ şəkildə götürülüb, ərazi təmizlənib.


