Paşinyan geri çəkilir, Xankəndi “ruslaşdırılır”? Kritik gəlişmə CANLI-da
Erməni kilsəsi, din xadimləri də revanşist çağırışların önündə gedirlər. Misal üçün Böyük Kilikiya Evinin katolikosu I Aramın Yeni illə bağlı erməni xalqına müraciətdə dedikləri buna sübutdur.
O, Ermənistanın və “artsaxın” müstəqilliyini möhkəmləndirmək və milli hüquqlarımızı bərpa etmək üçün ümumerməni mübarizəsini davam etdirməyə çağırıb. Bəs kilsənin bu mövqeyi Ermənistan ictimai rəyinə necə təsir edə bilər?
Separatçıların lideri isə iddia edir ki, Qarabağda yaşayan ruslar “artsax vətəndaşlarıdır” və hər zaman onların qayğısına “qalınacaq”. Xankəndində isə nə qədər rus yaşadığını demək çətindir, çünki separatçılar Azərbaycan ərazilərinə qayıtmış ermənilərin sayını belə qəsdən şişirdirlər.
Separatçılar düşünürlər ki, Azərbaycanın mümkün antitterror əməliyyatları zamanı burada guya çoxsaylı rus icmasının da “zərər çəkə biləcəyi” təəssüratını yaratsınlar, keçmiş DQMV-də cəmi 1922 nəfər rus yaşayıb, onun 800 nəfəri Xocavəndin Kuropatkino kəndində malakanlar olub və çoxu köçüb.
Qeyd edək ki, bir neçə ay əvvəl Moskvadan Federal Təhlükəsizlik Xidmətinin (FTX) Akademiyasının məzunu, kökəncə erməni olan olan Aleksandr Bordov bu icmaya sədr göndərilib. Araikin antiterror əməliyyatlarını “ertələmək” üçün rus sakinlər amilini ortaya atması fikri ağlabatandırmı?
Qanunsuz erməni silahlı qruplaşmaları Ağdamda xidməti vəzifəsini icra edən "Bakcell" MMC-nin əməkdaşınına atəş açaraq yaralayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 29-u saat 16 radələrində, Ağdam rayonunun işğaldan azad edilən "Yeddi xırman" adlanan ərazisində 1993-cü il təvəllüdlü, Bakı şəhər sakini Rəhimli Anar Məhəmməd oğlunun odlu silahdan açılmış atəş nəticəsində xəsarət alması faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Bir neçə gün əvvəl müdafiə naziri Zakir Həsənov müşavirədə əmr imzalamışdı ki, bayram günlərində ayıq-sayıqlıq artırılmalıdır. Görünür, bu cür təxribatlar gözlənilən imiş.
Bu gün TVMusavat-ın saat 16:10-da ənənəvi olaraq canlı yayımlanan “Həftə içi” verilişi 2021-ci ilə olan sonuncu buraxılışı ilə qarşınızda bu mövzuları gündəmə gətirəcək. Həmçinin, təhsil məsələsi də müzakirə masamızda olacaq. Qonağımız “Vətəndaş” İctimai Birliyinin sədri, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova ilə ilin yekunlarını, son hadisələri və 2022-dən olan gözləntiləri müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
musavat.com