📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paraqvay səfiri: Azərbaycanın coğrafi və iqtisadi xüsusiyyətləri ölkələrimizi bir-birini tamamlayan tərəfdaşa çevirir

2026-06-15 15:02:14

Paraqvay səfiri: Azərbaycanın coğrafi və iqtisadi xüsusiyyətləri ölkələrimizi bir-birini tamamlayan tərəfdaşa çevirir

Azərbaycanın coğrafi və iqtisadi xüsusiyyətləri onu Paraqvayla bir-birini tamamlayan tərəfdaşa çevirir.

Bunu "Report"un Türkiyə bürosuna Paraqvayın iqamətgahı Ankarada olan Azərbaycan üzrə qeyri-rezident Cirilo Guillermo Sosa Flores bildirib.

O, bildirib ki, ölkəsinin Azərbaycanla xüsusilə enerji sahəsində əlaqələrin daha da gücləndirilməsini prioritet hesab edir:

"Biz Azərbaycanla münasibətləri gücləndirmək istəyirik - məsələn, enerji sahəsində, xüsusilə karbohidrogen istehsalı üzrə, həmçinin Azərbaycanın Paraqvayın ehtiyac duyduğu neft emalı və boru kəmərləri kimi sahələrdəki texniki və texnoloji imkanları ilə bağlı əməkdaşlığı inkişaf etdirmək istəyirik".

Səfir Paraqvayın da Azərbaycana ət və dənli bitkilər kimi bir çox mühüm ərzaq məhsulları idxal etdiyini vurğulayıb.

"Mən bir diplomat olaraq münasibətlərimizin daha da yaxınlaşması üçün bacardığım qədər çalışacağam", - o deyib.

Səfir onu qeyd edib ki, rəsmi olaraq öz ölkəsini Azərbaycanda təmsil etmək və diplomatik fəaliyyətə başlamaq üçün etimadnaməsini(təyinat məktubu) Azərbaycan Prezidentinə təqdim edəcəyi günü gözləyir:

"Etimadnaməmin gələn ay qəbul olunacağına ümid edirəm".