📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ötən gün 24 mindən çox çətənə kolu məhv edilib

2026-06-20 20:40:49

Ötən gün 24 mindən çox çətənə kolu məhv edilib

Azərbaycanda iyunun 19-da yabanı halda bitmiş 19,4 ton çəkidə 24 503 ədəd çətənə kolu isə aşkarlanaraq məhv edilib.

Bu barədə Hurriyyet.info-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 11 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

Bununla yanaşı, paytaxt və respublikanın ayrı-ayrı rayonlarında dörd avtomat silahı, bir tapança, qumbara, alışdırıcı, beş tüfəng, dörd patron darağı və 22 ədəd müxtəlif çaplı patron aşkar olunub.