📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Orxan Həbibli Bakıda keçirilən dünya çempionatında ikinci qələbəsini qazanıb

2026-07-27 14:46:31

Orxan Həbibli Bakıda keçirilən dünya çempionatında ikinci qələbəsini qazanıb

Azərbaycanın yunan-Roma güləşçisi Orxan Həbibli Bakıda keçirilən U-17 dünya çempionatında ikinci qələbəsini qazanıb.

Hurriyyet.media-nın  məlumatına görə, 65 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda rumıniyalı Qabriel Lunqunu 18:9 hesabı ilə məğlub edib.

O.Həbibli daha əvvəl, təsnifat mərhələsində çexiyalı Qaspar Sançezi 8:0 hesabı ilə üstələmişdi.

Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.