📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Orta Dəhliz və Bakı Limanı gənclər üçün imkanlara aparan yoldur"

2026-06-16 10:32:10

Orta Dəhliz və Bakı Limanı gənclər üçün imkanlara aparan yoldur

Orta Dəhliz və Bakı Limanı gənclər üçün imkanlara aparan yoldur.

Hurriyyet.info  xəbər verir ki, bunu İslam İnkişaf Bankının (IsDB) Şimali Afrika və Mərkəzi Asiya üzrə Regional Meneceri - departament rəhbəri İdrissa Dia Bakıda keçirilən IsDB Qrupunun 2026-cı İllik Toplantısı çərçivəsində təşkil olunmuş "Sərhədsiz Gənclik: Müştərək Regional Rifahın Hərəkətverici Qüvvəsi" tədbirində bildirib.

Onun sözlərinə görə, sərhədlərarası ticarət gənc sahibkarlar üçün bazarı milli sərhədlərdən kənara çıxararaq genişləndirir, rəqəmsallaşma isə bu prosesi daha da sürətləndirir.

"İşçi qüvvəsinin mobilliyi gənclərə imkanların mövcud olduğu yerlərdə çalışmağa şərait yaradır. Regional rəqəmsal infrastruktur sayəsində Bakıdakı gənc lider Almatı, Dakar və ya Dakkadakı müştərilərə xidmət göstərə bilir. Halal turizm və yaradıcı sənaye sahələri üzv ölkələrdə yeni məşğulluq imkanları formalaşdırır. Məhz buna görə, bu müzakirələrin keçirilməsi üçün Azərbaycandan daha uyğun məkan təsəvvür etmək çətindir. Bu ölkə regional əlaqələrin inkişafına strateji investisiyalar yatırıb. Bu həftə ayrıca tədbirdə geniş müzakirə olunacaq Orta Dəhliz, Bakı Limanı və Bakı–Tbilisi–Qars dəmir yolu xətti bunun ən bariz nümunələridir. Bu layihələr təkcə transformasiyaedici regional infrastruktur deyil, həm də ölkə və region miqyasında gənclər üçün yeni imkanlara açılan qapılardır", - deyə IsDB rəsmisi qeyd edib.

O, həmçinin deyib ki, üzv ölkələr arasında əsas inteqrasiya institutlarından biri olan IsDB inanır ki, gənclərə yatırılan investisiya ən yüksək gəlir gətirən sərmayədir: "Biz gələcəyimizi formalaşdıracaq və idarə edəcək gənclərin həyatında həqiqətən transformasiyaedici təsir yarada bilərik".