📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Ona reklam lazım idi" - Müğənni keçmiş nişanlısından danışdı

2026-09-11 17:22:25

Xalq artisti Fatma Mahmudovanın müğənni qızı Nigar Tofiqin toyu təxirə düşüb.

Hurriyyet.media  xəbər verir ki, müğənni Xan Qaraxanoğlu ilə nişanını qaytarıb.

Nigar açıqlamasında münasibətin bitməsinə səbəb kimi qarşı tərəfin ondan şəxsi reklamı üçün istifadə etdiyini düşündüyünü bildirib.

Müğənni qeyd edib ki, Xanla münasibətinə səmimi yanaşıb və onun haqqında səsləndirilən mənfi fikirlərə baxmayaraq sevgisindən vaz keçməyib. Lakin sonradan qarşı tərəfin hisslərinin həqiqi olmadığı qənaətinə gəlib.

“Onu səmimi şəkildə sevdim, amma o, məni yalandan istədi. Ona reklam lazım idi”, - deyə Nigar bildirib.