Oman sahillərində Hindistan gəmisi batıb - FOTO
2026-06-14 20:12:47
Göyərtəsində 14 Hindistan vətəndaşı olan "Virat 1" mexanikləşdirilmiş yelkənli gəmisi mexaniki nasazlıq səbəbindən Oman sahillərində batıb.
Hurriyyet.info TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Hindistan hökumətindəki mənbə bildirib.
Hindistanın Maskatdakı səfirliyinin məlumatına görə, hadisə yerində xilasetmə əməliyyatı keçirilir. Dənizçilərdən 11-i xilas edilib. Digər hindistanlıların axtarışı davam edir.