📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Oğuzda narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıblar

2026-07-31 19:18:03

Oğuzda narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıblar

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən 65 yaşlı Ehtiram Məmmədov və 53 yaşlı Qafur Abdurahmanov saxlanılıblar.

Hurriyyet.Media xəbər verir ki, onlardan marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə sözügedən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.