📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Obama: Tramp İran sazişini mən imzaladığım üçün ləğv etdi

2026-05-14 21:28:22

Obama: Tramp İran sazişini mən imzaladığım üçün ləğv etdi

ABŞ-nin keçmiş prezidenti Barak Obama İranla əldə olunan nüvə sazişi barədə danışıb.

Musavat.com xəbər verir ki, Obama həmin razılaşma nəticəsində İranın zənginləşdirilmiş uran ehtiyatının 97 faizinin ölkədən çıxarıldığını və bunun üçün hərbi əməliyyata ehtiyac qalmadığını bildirib.

Biz bunu bir raket belə atmadan etdik. Onların zənginləşdirilmiş uranının 97 faizini çıxardıq. Bunun işlədiyinə heç bir şübhə yoxdur və bunun üçün nə çoxlu insan öldürməyə, nə də Hörmüz boğazını bağlamağa ehtiyac qaldı, - deyə Obama vurğulayıb.

Keçmiş prezident həmçinin qeyd edib ki, Donald Tramp İran nüvə sazişindən onun uğursuz olduğuna görə deyil, məhz Obama tərəfindən imzalandığı üçün çıxıb.

Obama əlavə edib ki, görünür, bu artıq bir tendensiyaya çevrilib.