📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nyu-York məktəbləri süni intellektdən istifadəni qadağan edir

2026-09-03 16:52:33

Nyu-York məktəbləri süni intellektdən istifadəni qadağan edir

Nyu-York (ABŞ) təhsil məsələlərinə nəzarət edən departamenti orta və lisey şagirdlərinin təhsil prosesində süni intellektdən (Sİ) istifadəsini qadağan edəcək.

Hurriyyet.media  xəbər verir ki, bu barədə “Politico”, “The Daily News” və “The New York Times” kimi nüfuzluq Amerika media orqanları məlumat yayıb.

Onların yazdığına görə, departament qadağanı 2 sentyabrda dünən elan edib və yasaq gələn həftə qüvvəyə minəcək. Müəyyən tapşırıqların hazırlanmasında süni intellektdən istifadəyə yalnız 9-cu sinifdən, yəni təxminən 13-14 yaşdan etibarən icazə veriləcək.

Mənbələr bildirib ki, yeni qaydalar məktəblərdə məktəbəqədər və ibtidai sinif şagirdləri üçün qajetlərin istifadəsini də məhdudlaşdırır. Ali məktəb tələbələrinə də süni intellektdən dərslərində yalnız "məhdud" dərəcədə istifadə etməyə icazə veriləcək, lakin onlar bundan bəzi kurslarda və bəzi tapşırıqlar üçün istifadə edə biləcəklər. Qaydalarda tələbələrin süni intellektdən necə istifadə edəcəyi göstərilməyib.

Daha əvvəl Nyu-York hökuməti şagirdlərə tədqiqat və yaradıcı layihələr də daxil olmaqla bir sıra tapşırıqların hazırlanmasında süni intellektdən istifadə etməyə icazə verən sənəd təqdim etmişdi. Mediada yer alan məlumatlara görə, bu, valideynlərin və ictimaiyyətin geniş tənqidinə səbəb olub.