📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nizami Cəfərov: "Birinci Türkoloji Qurultayın dərsləri" kitabında BDU-nun bütün heyətinin əməyi var

2026-06-30 10:18:08

Nizami Cəfərov:

Bakı Dövlət Universitetinin bütün heyəti "Birinci Türkoloji Qurultayın dərsləri" kitabının hazırlanmasında iştirak edib.

Hurriyyet.info  xəbər verir ki, bunu "Birinci Türkoloji Qurultayın dərsləri" kitabının müəllifi, akademik Nizami Cəfərov nəşrin Bakı Dövlət Universitetində (BDU) baş tutan təqdimatında deyib.

O, bu mövzuda kitabın hazırlanmasının çox məsuliyyətli iş olduğunu vurğulayıb:

"Uzun müddət düşündükdən sonra kitabın hazırlanması prosesinə başlanıldı. Bunun necə məsuliyyətli iş olduğunu anlayırdıq. Çünki sözügedən qurultay elmi-mədəni hadisə ilə yanaşı, ictimai-siyasi hadisə kimi tarixin yaddaşına həkk olunub".