📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nigar Fərhaddan yeni xəbər var

2026-09-07 23:36:03

Nigar Fərhaddan yeni xəbər var

“AİD Group” adı ilə xaricdə təhsil xidmətləri göstərən Nigar Fərhad zərərçəkənlərə dəymiş ziyanı ödəməyə başlayıb.

Bu barədə Lent.az-a şikayətçilərdən biri məlumat verib.

O bildirib ki, bu günə kimi ümumilikdə 13 nəfərə dəymiş ziyan ödənilib:

"Bizi istintaqa çağırdılar, izahat aldılar və bildirdilər ki, bir ay ərzində dəymiş ziyan bütünlükdə ödəniləcək. Dedikləri kimi də oldu, itirdiyimiz məbləği tam halda qaytardılar".

Qeyd edək ki, istintaq orqanı Nigar Fərhada vətəndaşlara dəymiş ziyanın ödənilməsi barədə tapşırıq vermişdi.