📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Netanyahuya dedim ki, Livanda yalnız konkret hədəfləri vurmalıdır - Tramp

2026-04-30 11:22:57

Netanyahuya dedim ki, Livanda yalnız konkret hədəfləri vurmalıdır - Tramp

İsrail yalnız Livanda hədəfli zərbələr endirməli və hərbi əməliyyatların tam bərpasından yayınmalıdır.

Hurriyyet.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp İsrail baş naziri Benyamin Netanyahuya deyib. Ağ Ev rəhbəri bu barədə Axios-a müsahibəsində danışıb: "Mən Netanyahuya dedim ki, o, daha çox hədəfli zərbələr endirməlidir. Binaları dağıtmaq yox. O, bunu edə bilməz. Bu, çox dəhşətlidir və İsraili pis göstərir”.

ABŞ prezidenti Livanı və onun rəhbərliyini bəyəndiyini və ölkənin "normal həyata qayıda" biləcəyinə inandığını bildirib.