📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Neslihan 3 ildən sonra qayıdır

2026-06-22 21:11:32

Neslihan 3 ildən sonra qayıdır

Türkiyəli aktrisa Neslihan Atagül uzun aradan sonra kamera qarşısına keçməyə hazırlaşır.

Aktrisa yeni mövsüm üçün "Ay Yapım" şirkəti ilə razılığa gəlib. Neslihan yayım şirkətinin hələ adı açıqlanmayan serialında baş rolu ifa edəcək.

Qeyd edək ki, aktrisa sonuncu dəfə 2023-cü ildə "Gecenin ucunda" serialında rol alıb. Neslihan ana olacağını öyrəndikdən sonra karyerasına fasilə vermişdi.