📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nərimanov rayonunda qanlı dava: İki ayağından bıçaqlandı

2026-06-28 14:39:33

Nərimanov rayonunda qanlı dava: İki ayağından bıçaqlandı

Bakının Nərimanov rayonunda dava zamanı 37 yaşlı şəxs bıçaq xəsarətləri alıb.

Hurriyyet.info "Teleqraf"a istinadən xəbər verir ki, hadisə Əliəşrəf Əlizadə küçəsində, Elm və Təhsil Nazirliyinin binasının qarşısında qeydə alınıb.

Belə ki, Zaqatala rayon sakini, 1989-cu il təvəllüdlü Şəhriyar Zakir oğlu Ramazanov küçədə tanımadığı şəxsin hücumuna məruz qalıb.

Hücum zamanı hər iki ayağından bıçaq xəsarəti alan Ş.Ramazanov dərhal xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.