📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Neftimizin qiyməti 120 dollara çatır

2026-09-11 10:17:23

Neftimizin qiyməti 120 dollara çatır

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Hurriyyet.media  xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 6,22 dollar və ya 5,5% artaraq 119,54 ABŞ dolları olub.

Qeyd edək ki, ötən gün neftimiz 113,32 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.

Builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.