📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Neftçilər"dən Kürdəxanıya işləyən avtobuslar təzələndi

2026-05-01 19:10:05

Sabahdan Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsini metronun "Neftçilər" stansiyası və "8-ci kilometr bazarı" ilə əlaqələndirən 185 nömrəli müntəzəm marşrut üzrə avtobuslar dəyişdiriləcək.

Bu barədə Hurriyyet.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata əsasən, ümumilikdə 12 avtobus 13 dəqiqə hərəkət intervalı ilə sərnişinlərin ixtiyarında olacaq. Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 manat təşkil edir.