“Neftçi”də 1+1 illik yeni müqavilə
2026-06-20 17:39:45
“Neftçi”də hazırkı durumda bir gün iki günə hesablanır.
Vaxt azalıb, iş çoxdur, hələ ki, yekun nəticə hasil olmur.
Xüsusən legionerlərin gətirilməsində ciddi problemlə üzləşən “ağ-qaralar” diqqəti həm də klubla müqavilə müddəti başa çatan futbolçularla danışıqlara yönəldib.
Paytaxt təmsilçisi sözləşməsinin müddəti sonlanan Emil Balayevlə yeni anlaşma əldə edib.
Razılaşmaya əsasən, 32 yaşlı qapıçı qarşıdakı 2 ildə ağ-qara formanı geyinəcək.
Müqavilənin müddəti 1+1 il nəzərdə tutulub. (sportinfo.az)