📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Neft yeni həftəyə bu qiymətlə başladı

2026-06-29 11:02:06

Neft yeni həftəyə bu qiymətlə başladı

Hörmüzdə gəmiçiliyin təşkili məsələsindəki fikir ayrılıqları üzündən ABŞ ilə İran arasında həftəsonu zərbə mübadiləsindən sonra dünya neft bazarında qiymətlərdə dəyişiklik müşahidə olunur.

Hurriyyet.info  xəbər verir ki, yeni həftəyə Brent etalon markası 72,3 dollarlıq qiymət diapazonu ilə başlayıb. Londonun ICE birjasında Brent-in avqust fyuçersləri 0,40 dollar artmaqla 72,29 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI neftinin qiyməti daha çox – 0,69 dollar artım göstərərək 69,92 dollara ticarət olunur.