📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Neft emalı zavodunda faciəvi anlar: 40 raketlik yaylım atəşi və dayandırılan istehsalat-VİDEO

2026-09-09 17:43:27

Neft emalı zavodunda faciəvi anlar: 40 raketlik yaylım atəşi və dayandırılan istehsalat-VİDEO

İsrail hərbi senzurası tam bir il keçdikdən sonra İranın Hayfa neft emalı zavoduna endirdiyi raket zərbələrinin ağır nəticələrini əks etdirən məlumatları ictimailəşdirib.

Hurriyyet.media  xəbər verir ki, İranın balistik raketləri 2025-ci ilin iyun ayında baş verən 12 günlük müharibə zamanı Hayfa körfəzi rayonunda yerləşən "Bazan" neft emalı kompleksini dəqiq zərbələrlə vurub.

Ən ağır dağıntı səhər saatlarında təxminən 40 raketdən ibarət yaylım atəşi zamanı qeydə alınıb. Hücum nəticəsində sığınacaqda qalan 3 müəssisə əməkdaşı tüstü və yüksək hərarət səbəbindən blokda qalaraq həyatını itirib.

Eyni zamanda zavodun ərazisində yerləşən elektrik stansiyası tamamilə sıradan çıxarılıb, bundan sonra neft emalı zavodunun fəaliyyəti tam şəkildə dayandırılıb.