📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Neft dünyasında yenilik-gündəlik hasilat kəskin artacaq

2026-08-30 15:35:35

Neft dünyasında yenilik-gündəlik hasilat kəskin artacaq

Venesuela ilə ABŞ arasında energetika sahəsində əldə olunmuş iri miqyaslı neft sazişi 25 il müddətinə qüvvədə olacaq.

Hurriyyet.media  xəbər verir ki, bu barədə Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriges dövlət televiziyasında canlı yayımlanan müraciəti zamanı bildirib.

Ölkə rəhbərinin sözlərinə görə, bu 25 illik ikitərəfli layihə çərçivəsində gündəlik 1.5 milyon barel hasilat həcmi ilə 17 strateji neft yatağının işlənilməsi nəzərdə tutulur. Rodriges dəqiqləşdirib ki, günə 1.5 milyon barel göstəricisi yalnız başlangıc mərhələsidir, çünki növbəti mərhələlərdə daha səkkiz neft yatağının da istismara verilməsi planlaşdırılır.

Sazişin iqtisadi səmərəliliyini qiymətləndirən müvəqqəti prezident qeyd edib ki, neftin bir barelinin qiyməti 65 dollar götürülərsə, layihənin icrası Venesuelaya ümumilikdə 209 milyard dollar gəlir gətirəcək və satılan hər bareldən 19 dollar birbaşa Venesuelanın dövlət büdcəsinə daxil olacaq.

Delsi Rodriges vurğulayıb ki, Venesuela öz təbii sərvətləri üzərində suverenliyini və nəzarətini tam saxlayacaq, eyni zamanda ABŞ sanksiyalarından zərər görmüş neft sektorunun modernləşdirilməsi üçün lazım olan kapitalı, müasir texnologiyaları və bilikləri əldə edəcək.