📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nazirə yeni müavin təyin edildi

2026-07-31 13:01:45

Nazirə yeni müavin təyin edildi

Naxçıvan Muxtar Respublikası (MR) əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavini təyinatı olub.

Hurriyyet.media “Naxçıvan xəbərləri”nə istinadən xəbər verir ki, MR Baş naziri Cabbar Musayev sərəncam imzalayıb.

Sərəncama əsasən, sözügedən vəzifəyə Nuhi Abdinov təyin olunub.

Qeyd edək ki, Nuhi Abdinov bundan öncə Naxçıvan DSMF sədrinin müavini kimi çalışıb.