Nazirdən açıqlama: “Bu fənlər üzrə sertifikasiya prosesi yekunlaşıb”
2026-06-30 11:11:58
“İbtidai sinif, Azarbaycan dili və ədəbiyyat, riyaziyyat, xarici dil, biologiya, kimya, fizika, coğrafiya va informatika fənləri üzrə dərs deyən müəllimlərin sertifikasiya prosesi yekunlaşıb”.
Hurriyyet.info xəbər verir ki, bu fikirləri “Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil” mövzusunda tədbirdə elm və təhsil naziri Emin Əmrullayev bildirib.
Nazir qeyd edib ki, 60 yaşı tamam olmuş təhsilverənlərin sayı 7947 nəfərdir:
“Qənaətbəxş nəticə göstərən 52 194 nəfər 30-50 bal toplayıb. Yüksək nəticə göstərən 25 508 nəfər 51 va yuxarı bal toplayıb, 3 ili tamam olmayanların sayı 6 493 nəfərdir. 2026-cı ildə 16 938 müəllim yeni fənlər üzrə sertifikatlaşdırma imtahanına cəlb olunub”.