📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nazir Qazaxıstan nümayəndə heyəti ilə görüşdü

2026-07-29 10:34:40

Nazir Qazaxıstan nümayəndə heyəti ilə görüşdü

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev, “Samruk-Kazına” ASC-nin İdarə Heyətinin sədri Nurlan Jakupov və “Qazaxıstan Dəmir Yolları”nın İdarə Heyətinin sədri Eljas Otınşıyev ilə görüş keçirib.

Hurriyyet.media  xəbər verir ki, görüşdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığın genişləndirilməsi, o cümlədən bərə gəmilərinə investisiya imkanları, avtomobil nəqliyyatı ilə yükdaşımaların artırılması, eləcə də Xəzər dənizinin dibi ilə sualtı fiber-optik kabel xəttinin çəkilməsi layihəsi ilə bağlı məsələlər müzakirə edilib.

Eyni zamanda Orta Dəhlizin inkişafına dair Saziş layihəsi və dəhlizin rəqəmsallaşdırılması istiqamətində görülən işlər ətrafında fikir mübadiləsi