📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Naxçıvan sakini Dövlət Məşqulluq Agentliyinin sədrindən şikayətçidir – NAZİR ANAR ƏLİYEVƏ MÜRACİƏT

2026-05-12 15:21:18

Naxçıvan sakini Dövlət Məşqulluq Agentliyinin sədrindən şikayətçidir – NAZİR ANAR ƏLİYEVƏ MÜRACİƏT

Naxçıvan şəhəri, Babək rayonu, Nəzərabad kənd sakini Heydərov Xəyal Firudin oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

Hörmətli Anar Əliyev!

Mən, Heydərov Xəyal Firudin oğlu, yazaraq xahiş edirəm ki, şikayətimlə bağlı göstəriş verəsiniz. Bildirim ki, Dövlət Məşqulluq Agentliyinin Sədri Rasim Piryev müraciətlərimi cavabsız qoyur. 

Qeyd edim ki, 2023-cu ilin sentyabr ayında Ceyhun Cəlilov tərəfindən işlə təmin edilmişəm. 2024-cü ilin fevral ayında məni Regional Peşə Hazırlığı Mərkəzinə - Şahbaz Məhərrəmovun rəhbərlik etdiyi idarəyə göndərdilər. İşlədiyim vaxtlarda Türkiyə Cümhuriyyətindən olan tanışlarıma özəl müəssisələrə aid sertifikat almışdım. Bundan xəbər tutan Rasim Priyev işçisi Ülvi müəllimə tapşırıq verib ki, get onun otağını yoxla. O da gəlib bildirdi ki, sənin bu işin bizim idarəyə xələl gətirir.

Məlumat üçün deyim ki, verdiyim sertifikatlarla bağlı iş yerimdə heç kimə ziyanım dəyməyib. Başqaları kimi, mən də işdən sonra bununla 2-ci iş kimi məşğul olmuşam.

Otağıma baxış keçirilən zaman heç bir sənədə rast gəlinməmişdir. Buna baxmayaraq, Samir Priyev məni fevral ayının 9-da qərəzli şəkildə işdən azad etdi. Üstəlik, Əmək Məcəlləsinin “68” Ç bəndi tətbiq olundu.

Bu qədər haqsızlığın, özbaşınalığın qabağında susa bilməzdim. Odur ki, məsələ ilə bağlı dərhal mediasiya təşkilatına müraciət etdim. Mart ayının 5-də maddənin götürülməsi ilə bağlı barışıq ərizəsi imzalandı.

Rasim Priyev həmin vaxtı söz verdi ki, maddə götürülsün, sənə 10 yerdə iş təklifi edəcəyik. Lakin maddə dəyişdirildikdən sonra Rasim Piriyevin qəbuluna düşmək mümkün olmadı. Mənim əlaqə nömrələrimi blokladı.

Dövlət Məşğulluq Agentliyindən 2 idarədən iş təklif ediblər, amma heç biri ixtisasıma uyğun deyil. İş yerləri işə götürmürlər. Hər kəsə bəllidir ki, orda işləyənlər işləri ancaq öz yaxın qohum-əqrabalarına verirlər. Vakansiyaların çoxu - fəhlə, ofisiant və sair bu kimi işlərdir. Əlində diplomu olan da küçə süpürsün, olmayan da?! Belə işdə işləyəcəydimsə, niyə 4 il oxuyurdum?! Hər kəs də bu məsələdə mənimlə razı olar.

Tanıdığım bir şəxs var, 60 yaşındadır. İşsizliyə görə müraciət edib. Adama Şaxta baba işi təklif olunub. Bir sözlə, bu qədər qanunsuzluqla qarşı-qarşıya qalmışıq.

Hörmətli Anar Əliyev!

Son ümid yeri olaraq Sizə müraciət edirəm. Güman edirəm ki, işsizlərin başına açılan bu oyunlardan xəbəriniz yoxdur. Xahiş edirəm, göstəriş verin, tabeçiliyinizdə olan idarə rəhbərləri işlərində çəki-düzən qursunlar. Maddi cəhətdən sınmış insanların şəxsiyyətlərini alçaltmasınlar.

Hazırladı: Jalə FAMİLQIZI

Hurriyyet.az