“Nasizmin metastazları bütün Avropaya yayılır” – Lavrov
Rusiya xarici işlər naziri Sergey Lavrov nasizmin Avropada, xüsusilə Ukraynada yayıldığını iddia edib.
Modern.az xəbər verir ki, Lavrov bunu Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı deyib.
“Böyük əcdadlarımız nasizmi məğlub etdilər, lakin hazırda onun metastazları bütün Avropaya yayılır. Ukraynada isə bu, konsentrasiya olunmuş şəkildə həmin insanlıq əleyhinə ideologiyanı yenidən dirçəldir”, – deyə Lavrov bildirib.
Rusiya XİN rəhbəri əlavə edib ki, ünsiyyətdə olduğu insanların əksəriyyəti Rusiyanın Ukraynada apardığı “xüsusi hərbi əməliyyatı” nasizmin qarşısının alınması ilə bağlı növbəti vəzifə kimi qiymətləndirir.
Rusdilli Ukrayna sakinlərinin vəziyyətindən danışan Lavrov Rusiyanın onların hüquqlarının bərpası üçün lazım olan hər şeyi etdiyini bildirib.