📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Muxtar Babayev: "Süni intellekt mümkün olanların sərhədlərini dəyişir"

2026-09-08 17:40:10

Muxtar Babayev:

"Süni intellekt mümkün olanların sərhədlərini dəyişir".

Oxu.Az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi, COP29 Prezidenti Muxtar Babayev "Gənclərin iqlim forumu: I Dəyirmi masa - Öhdəliklərdən icraya: COP31-ə doğru" adlı dəyirmi masada deyib.

O bildirib ki, süni intellekt gənclərin keçid prosesinə hazırlanmasını xüsusilə vacib edir:

"İqlim fəaliyyəti gələcəyin bacarıqlarını, peşələrini və imkanlarını dəyişir. Biz əmin olmalıyıq ki, təhsil gənclərə ehtiyac duyduqları bilik və praktiki bacarıqları qazandırsın, eyni zamanda, onları elm, texnologiya, innovasiya və real həyatda tətbiq olunan həllərlə daha sıx əlaqələndirsin. Gənclər, həmçinin yaşıl enerji, mühəndislik, maliyyə, kənd təsərrüfatı və digər sahələrdə yaranan yeni iş yerlərinə və imkanlara çıxış əldə etməlidirlər".