Müəllimlərin sertifikasiya imtahanları başlayıb
2026-06-17 09:52:47
Bu gündən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi başlayıb.
Hurriyyet.info xəbər verir ki, müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi 17–19 və 23–25 iyun 2026-cı il tarixlərində keçiriləcək.
Müəllimlərin sertifikatlaşdırılmasının test mərhələsi 35 mərkəzdə keçiriləcək.
Qeyd edək ki, 2026-cı il üzrə sertifikatlaşdırma prosesində 23 mindən çox təhsilverən iştirak edəcək.