📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Müəllimlər və şagirdlər müəllimi əsgər YOLA SALDILAR

2026-04-30 14:16:09

Müəllimlər və şagirdlər müəllimi əsgər YOLA SALDILAR

Müəllimlər və şagirdlər tarix müəllimini əsgər yola salıb.

Sosial şəbəkələrdə yayılan görüntülər böyük marağa səbəb olub. Belə ki, məktəb kollektivi müəllimlərini hərbi xidmətə yola salarkən duyğusal anlar yaşanıb.

Şagirdlərin və həmkarlarının səmimi münasibəti, göz yaşları və alqışlarla müşayiət olunan anlar izləyənləri kövrəldib.

Görüntülərdə müəllimin şagirdlərlə vidalaşması, qarşılıqlı arzuları diqqət çəkib. Paylaşım qısa zamanda geniş yayılaraq istifadəçilər tərəfindən böyük rəğbətlə qarşılanıb./milli.az/