📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mübahisə qanla bitdi: Qax sakini bıçaqlandı

2026-07-25 21:50:14

Mübahisə qanla bitdi: Qax sakini bıçaqlandı

Qaxda bıçaqlanma hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, 36 yaşlı Əmrah Yaqubov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 40 yaşlı Elnur Qadaşova kəsici alətlə xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin regional qrupundan Oxu.Az-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.