📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Motosikletlə avtoxuliqanlıq edirdi - Həbs olundu

2026-09-12 18:17:41

Motosikletlə avtoxuliqanlıq edirdi - Həbs olundu

Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan motosiklet sürücüsü Şamil Qasımov saxlanılıb.

Hurriyyet.media  xəbər verir ki, bu haqda DİN məlumat yayıb.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə Ş.Qasımovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 gün inzibati qaydada həbs edilib.