📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Moskvaya son iki ilin ən kütləvi dron hücumu edilib

2026-06-18 10:17:57

Moskvaya son iki ilin ən kütləvi dron hücumu edilib

Moskvaya son iki ilin ən kütləvi dron hücumu edilib. Rusiya paytaxtının səmasında hava hücumundan müdafiə qüvvələri (HHMQ) tərəfindən təxminən 180 dronun vurulduğu bildirilir.

Hurriyyet.info  Rusiya mətbuatına istinadən xəbər verir ki, HHMQ-in işi davam etdirilir.

Moskva meri Sergey Sobyaninin sözlərinə görə, dronlardan birinin qalıqlarının düşdüyü “Sadovod” ticarət mərkəzi ərazisində binalardan birinə kiçik ziyan dəyib. Xəsarət alan olmayıb və təcili yardım xidmətləri hadisə yerində işləyir.

Dron hücumu səbəbindən Domodedovo və Vnukovo hava limanlarında təyyarələrin gəlişi və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Moskvanın Kapotnya rayonunda da nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, hava hücumundan müdafiə sistemləri bir gecə ərzində ölkənin 17 bölgəsi üzərində 555 dronu ələ keçirib və məhv edib.