📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Moskva və Kiyev arasında yeni dəyişdirilmə: Yüzlərlə hərbçinin meyiti qaytarıldı

2026-06-18 17:34:31

Moskva və Kiyev arasında yeni dəyişdirilmə: Yüzlərlə hərbçinin meyiti qaytarıldı

Rusiya və Ukrayna həlak olmuş hərbçilərin meyitlərinin növbəti mübadiləsini həyata keçirir.

Hurriyyet.info Musavat.com istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı, xüsusi hərbi əməliyyat məsələləri üzrə parlament koordinasiya qrupunun nümayəndəsi Şamsail Saraliyev məlumat verib. Onun sözlərinə görə, bu mərhələdə Rusiya tərəfi Ukraynaya 522 hərbçinin cəsədini təhvil verəcək, Ukrayna tərəfi isə qarşı tərəfə 33 meyit qaytaracaq.

Qeyd edək ki, tərəflər arasında bundan əvvəlki analoji mübadilə prosesi mayın 15-də baş tutmuşdu. Həmin vaxt Ukrayna tərəfinə 528, Rusiya tərəfinə isə 41 hərbçinin meyiti təhvil verilmişdi.