📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mobil telefonla imtahana girdi - qovuldu

2026-05-17 15:28:19

Mobil telefonla imtahana girdi - qovuldu

Dövlət İmtahan Mərkəzi bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (2-ci cəhd) keçirib.

Mərkəzdən Modern.az-a verilən məlumata görə, imtahan Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Abşeron, Mingəçevir və Lənkəranda təşkil olunub. Bakıda müşahidə olunan hava şəraiti ilə əlaqədar imtahana müəyyən qədər gecikən şəxslərə şərait yaradılıb və onların da imtahanda iştirakı təmin olunub.

İlkin məlumatlara əsasən, 1 nəfərdə mobil telefon aşkar olunduğu üçün imtahandan xaric olunub və araşdırma aparılacaq.