📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Miri Yusifin konsertinə böyük maraq

2026-06-22 11:44:58

Miri Yusifin konsertinə böyük maraq

Xalq artisti Miri Yusif yenidən Yaşıl Teatr səhnəsində pərəstişkarları ilə görüşə hazırlaşır.

Hurriyyet.info  xəbər verir ki, sənətçinin növbəti solo konsertləri iyulun 3, 4 və 5-də baş tutacaq.

Böyük maraqla qarşılanan üç günlük konsert proqramının biletləri artıq tükənmək üzrədir. Bu da Miri Yusifə olan tamaşaçı sevgisinin və marağının növbəti göstəricisi kimi dəyərləndirilir.

Konsertdə Xalq artisti illərdir dinləyicilərin sevimlisinə çevrilən hitlərini, eləcə də repertuarında yer alan ən məşhur mahnılarını səsləndirəcək.